İtaliya klubuna lazım olmadılar - millimizə namizədlər
06.02.2020 - 00:08
İtaliya klubuna lazım olmadılar - millimizə namizədlər

"Breşiya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Dieqo Lopesi bu posta təyin edib.

"Breşiya" rəhbərliyinin danışıq apardığı digər mütəxəssislər Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər olan Canni De Byazi, Çezare Prandelli və Luici Di Byaco idi. Lakin klub Dieqo Lopesə üstünlük verib. 45 yaşlı mütəxəssis son komandası "Penyarol"la Uruqvay çempionu olub. O, bu vəzifədə Eucenio Korinini əvəzləyib.

Qeyd edək ki, "Breşiya" hazırda 15 xalla A seriyasında 19-cu pillədə qərarlaşır.