İtaliya klubunun transfer planları
18.01.2022 - 22:04
“Sampdoriya” üç futbolçu transfer edəcək.
Apasport.az saytının məlumatına görə, İtaliya klubunun rəhbərliyi Marko Campaolonun istədiyi oyunçuları almağa söz verib.
Baş məşqçi postuna gələcəyi gözlənilən mütəxəssis “İnter”in yarımmüdafiəçisi Stefano Sensi və “Milan”dan Samuel Kastilyexonu icarəyə götürülməsini istəyir. “San-Paulu”nun 35 yaşlı hücumçusu Eder də “Sampdoriya”nın transfer siyahısında yer alıb.
Qeyd edək ki, Genuya təmsilçisi 22 turdan sonra 15-ci pillədə qərarlaşıb.
0
0