İtaliyada 40 oyun təxirə salındı - koronavirus səbəbindən
22.02.2020 - 15:58
İtaliyada 40 oyun təxirə salındı - koronavirus səbəbindən

İtaliyada 40 futbol oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus səbəb olub.

Bütün təxirəsalmalar aşağı liqalara təsadüf edib. Bu, A və B seriyalarının matçlarına şamil olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl koronavirus diaqnozu qoyulan ilk italiyalı həvəskar liqada çıxış edən 38 yaşlı futbolçu olması aşkarlanıb.