İtaliyada idman tədbirləri tamaşaçısız keçiriləcək
05.03.2020 - 00:35
İtaliyada bütün idman tədbirləri tamaşaçısız keçiriləcək.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İtaliya hökuməti qəbul edib.
Aprelin 3-dək ölkə ərazisində baş tutacaq bütün idman yarışları və tədbirləri tamaşaçılara qapalı olacaq. Bu addım koronavirus infeksiyası ilə bağlı atılıb.
0
0