İtaliyada ilk – qardaşlar zirvədə
01.03.2020 - 14:11
İtaliya futbolunda ilk yaşanıb.
Apasport.az saytının məlumatına görə, tarixdə ilk dəfə A seriya və B seriyasında qardaşların baş məşqçisi olduğu komandalar liderlik edir.
Bu, A seriyasının XXVI turunun “Latsio” – “Bolonya” matçından sonra mümkün olub. 2:0 hesablı qələbə qazanan Simone İnzaqinin yetirmələri 1-ci pilləyə yüksəlib.
Paytaxt təmsilçisi turu da zirvədə başa vuracaq. Çünki “İnter”lə “Yuventus” arasında görüş koronavirus üzündən təxirə salınıb.
B seriyasında isə 17 xallıq üstünlüklə “Benevento” liderdir. Bu komandanı isə Simonenin qardaşı Filippo İnzaqi çalışdırır.
0
0