İtaliyaya qayıdacaq – El-Şaravi
25.12.2020 - 23:01
Çinin “Şanxay Şenxua” klubunun futbolçusu Stefan El-Şaravi karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu “Fiorentina” və “Roma”nın maraq dairəsindədir.
A seriyası təmsilçiləri qış transfer dövründə Stefanı heyətinə qatmaq istəyir. 2019-cu ildə məhz paytaxtın eyniadlı klubundan Asiyaya yollanan hücumçu üçün 16 milyon avro ödənilmişdi. Onun Şanxay təmsilçisi ilə müqaviləsi hələ iki mövsümlük qalsa da, forvard “Köhnə qitə”yə dönmək istəyir.
Qeyd edək ki, cari mövsüm 6 oyun keçirən El-Şaravi qol vurmayıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0