İtalyanlar üçün məğlubedilməz – “Bavariya”
14.12.2020 - 15:54
Çempionlar Liqasının son qalibi olan Almaniyanın “Bavariya” klubu 1/8 final mərhələsində İtaliya təmsilçisi “Latsio” ilə qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, münhenlilərin apennin klubları ilə qitənin ən nüfuzlu turnirindəki duelləri uğurlu alınıb.
“Bavariya” bu turnirin son 8 görüşündə italyanlara məğlub olmayıb. Həmin matçların 6-da qələbə qazanan Bundesliqa çempionu 2 dəfə rəqibləri ilə heç-heçə edib.
Qeyd edək ki, 2021-ci il fevralın 16-17-də və 23-24-də baş tutacaq 1/8 final mərhələsində “Bavariya” ilk oyununu səfərdə keçirəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0