İvitsa Juniç: “Onlara fikir verməməliyik” - MÜSAHİBƏ
03.02.2020 - 12:58
İvitsa Juniç: “Onlara fikir verməməliyik” - MÜSAHİBƏ

"Qəbələ"nin müdafiəçisi İvitsa Juniçin apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasında fasilədən sonra ilk görüşünüzdə "Keşlə" ilə qarşılaşdınız. Matçla necə dəyərləndirərdiz?
- Fasilədə yaxşı hazırlaşmışdıq. Hamımız evdə qalib gəlməyi çox istəyirdik. Amma çox təəssüf ki, bu, bizdə alınmadı. Halbuki yaxşı oynadıq və ən azından bir xala layiq idik. Çünki qol vurmaq üçün imkanlarımız da az deyildi. Sadəcə yararlana bilmədik.

- Birinci hissədə dalbadal iki qol buraxdınız və toparlanmağınız çətin oldu. Bunu nə ilə izah edərdiz?
- Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Amma fasilədən sonra matça fərqli çıxdıq və qolumuzu vurduq. Əlavə imkanlarımız da oldu, istifadə edə bilmədik. Heyf ki, uduzduq. Çalışmağa davam etmək lazımdır. 

- Azərbaycan çempionatında ilk qolunuzu vurdunuz. Sizcə bu, məğlubiyyət fonunda kölgədə qalmadı?
- Bəli, elədir. Azərbaycanda birinci qolum idi. Qol vursam da, təəssüf ki, uduzduq. 

- Baş məşqçiniz oyundan sonra ehtiyat skamyanızın geniş olmaması məsələsini qabardıb. Necə düşünürsünüz, bu amil nəticələrə çox təsir edir?
- Komandamızdan iki vacib oyunçu getdi. Yeni oyunçularımız gəldi. Yenidən komanda formalaşdırmaq çox vacib məsələdir. Məncə, müəyyən müddət keçəndən sonra hər şey qaydasına düşəcək və biz istədiyimiz nəticələri yenə əldə edəcəyik.

- Turnir cədvəlinin sonuncusu "Səbail" də evdə "Qarabağ"a uduzdu. Hər halda, onlar xal və ya xallar alsaydı, yenidən son pilləyə düşə bilərdiniz...
- Heç bir komandaya fikir verməməliyik. Yalnız öz oyunumuza, komandamıza konsentrasiya olmalıyıq. Əgər bizdə hər şey yaxşı olsa, xallar qazanacağıq, hər şey normal olacaq. 

- Qarşıdakı turda rəqibiniz "Sabah"dır. Onlar da fasilədən sonra ilk oyununu uduzublar. Sizcə, Bakıda rəqibinizi məğlub edə biləcəksiniz?
- "Sabah" yaxşı komandadır. Bizim kimi ilk oyunu uduzublar. Məncə, çox maraqlı oyun olacaq. Matça ciddi hazırlaşacağıq. Qalib gəlmək niyyətindəyik. Görək necə olur. 

- Ölkə kubokunun 1/4 final mərhələsində "Sabah"ı turnirdən kənarlaşdıraraq yarımfinala adlamışdınız. Rəqibinizin oyuna revanş hissi ilə çıxacağını proqnozlaşdırmaq olar.
- Kubokdakı oyunlarımızı artıq unutmaq lazımdır. Çünki bu dəfə yeni oyun olacaq. Ciddi hazırlaşmaq lazımdır. Final fitinə kimi güclü mübarizə gedəcək. Çətin oyun olsa da, yaxşı nəticə istəyirik.