"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges yeni təklif alıb.
Apasport.az saytının məlumatına görə, bu mövsümdən Azərbaycan klubunun formasını geyinən braziliyalı OFİ-nin transfer siyahısında yer alıb.
Yunanıstan təmsilçisi 25 yaşlı "sambaçı"nın keçidi üçün 340 min avro büdcə ayırıb.
Ağdam komandası yayda cənubi amerikalı legionerlə 2+1 illik müqavilə imzalayıb. "20 nömrə" peşəkar karyerasına ölkəsində - "Koritiba"da başlayıb. O, son olaraq Portuqaliyada "Vilafranquense"nin formasını geyinib.
Kadi "Qarabağ"ın ən uğurlu tapıntılarındandır. Braziliyalı Konfrans Liqasında vurduğu qollarla komandasının aparıcı simalarından birinə çevrilib (sportinfo.az).
Qeyd edək ki, OFİ Yunanıstan Super Liqasında iddialı mövsüm keçirir. Adıçəkilən klub 11 tura 18 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.