Kadi Borqesin düşə bilmədiyi siyahı – 2022-ci ilin bombardirləri
02.05.2022 - 14:10
Kadi Borqesin düşə bilmədiyi siyahı – 2022-ci ilin bombardirləri

2022-ci ildə milli çempionatlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, IFFHS ilin ilk 4 ayında daxili birinciliklərin bombardirlərini sıralayıb.

Apreldə Fransa Liqa1-də 9 qola imza atan PSJ-nin hücumçusu Kilian Mbappe “Bavariya”nın forvardı Robert Levandovskiyə çatıb. Hazırda bu cütlüyün göstəricisi eynidir. Ancaq Liqa1 Bundesliqadan daha reytinqli olduğundan, Mbappe ilk sırada göstərilib.

Müqayisə üçün əlavə edək ki, Azərbaycan Premyer Liqasında 2022-ci ildə ən çox qol vuran futbolçu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borqesdir. Braziliyalı hücumameylli oyunçu bu il aktivinə 7 qol yazdırıb.

 Yer

Futbolçu

Klubu

Ölkəsi

Qol 

1

Kilian Mbappe

PSJ

Fransa

15

2

Robert Levandovski 

“Bavariya” (Almaniya)

Polşa

15

3

Çiro İmmobile

“Latsio”

İtaliya

14

4

Martin Adam

“Paksi”

Macarıstan

14

5

Frank Etuqa

“Asante Kotoko” (Qana)

Kamerun

14

6

Darvin Nunyes

“Benfika” (Portuqaliya)

Uruqvay

13

7

Sami Friui

“Aljir”

Əlcəzair

13

8

Luka Mayken

“Qokulam Kerala” (Hindistan)

Sloveniya

13

9

Peter Ebimobovey

“Abahani Çittaqonq (Banqladeş)

Nigeriya

13

10

Conatan Kalyeri

“San Paulo” (Braziliya)

Argentina

12

11

Mussa Dembele

“Lion”

Fransa

12

 

Martin Terrye

“Renn”

Fransa

12

13

Mehdi Taremi

“Porto” (Portuqaliya)

İran

12

14

Cekson Muleka

“Kasımpaşa” (Türkiyə)

Konqo DR

12

15

Ceymi Maklaren

“Melburn Siti”

Avstraliya

12

16

Kərim Benzema

“Real” (İspaniya)

Fransa

11

17

Evanilson

“Porto” (Portuqaliya)

Braziliya

11

18

Xulio Enkiso

“Libertad”

Paraqvay

11

19

Andre-Pyerr Jinyak

“Tiqres” (Meksika)

Fransa

11

20

Marsel Ernandes

“Kartagines” (Kosta Rika)

Kuba

11

21

Nemanya Bilbiya

“Zrinski”

Bosniya və H.

11

22

Əkrəm Afif

“Əl-Sədd”

Qətər

11

 

Maykl Olunqa

“Əl-Duhail” (Qətər)

Keniya

11

24

Dominik Stolts

“Hesperanqe” (Luksemburq)

Almaniya

11

25

İliya Spasoyeviç

“Bali Yunayted”

İndoneziya

11

26

Boris Kopitoviç

“Tampines Rovers” (Sinqapur)

Monteneqro

11

Qeyd edək ki, araşdırma 1 yanvar – 30 aprel aralığındakı oyunlara əsasən aparılıb.