Kamranın “11-liy”i - 673 günlük fasilədən sonra
01.02.2021 - 14:46
Kamranın “11-liy”i - 673 günlük fasilədən sonra

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev uzun fasilədən sonra meydana çıxacaq.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı qolkiper Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda şans qazanacaq.

Onun adı “Sumqayıt”la qarşılaşmanın protokolunda əsas qapıçı kimi göstərilib. Bununla da Ağayevin 673 günlük həsrətinə son qoyulub.

O, sonuncu dəfə 2019-cu il martın 30-da meydana çıxmışdı. Həmin gün “Keşlə”nin heyətində “Neftçi” ilə Premyer Liqa matçında şans qazanan qolkiper 30-cu dəqiqədə Davud Kərimi ilə əvəzlənib. Ev oyunu isə Kamranın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1. Yeganə qolu Ağayev deyil, komanda yoldaşı buraxıb.

“Səbail”də debüt edən qolkiper karyerasında 11-ci klubun formasını geyinib. O, bunadək 10 klubda çıxış edib.

Ağayev “Şəfa”da başlayan karyerasında tarixin yaddaşına köçən digər komandalar - “Turan”, “Xəzər Lənkəran”, “Bakı”, həmçinin “Keşlə”, “Qəbələ”də oynayıb. Legioner həyatı yaşamış futbolçu Türkiyədə “Kayserispor” və “Karşıyaka”, Çexiyada “Mlada Boleslav”, Portuqaliyada “Boavişta”nın şərəfini qoruyub.

0