Kantedən əl çəkmir – PSJ
26.02.2022 - 12:01
Fransa millisinin futbolçusu Nqolo Kantenin mövsümün sonunda klubunu dəyişəcəyi gözlənilir.
Apasport.az saytının məlumatına görə, “Çelsi”nin yarımmüdafiəçisi PSJ-nin hədəfindədir.
Parislilər futbolçunun keçidini yayda həll etmək istəyir. Yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran klub rəhbərliyi 30 yaşlı oyunçunun keçidini vacib sayır.
PSJ ötən yay da Kante ilə bağlı danışıqlara başlamaq istəyib. Amma London klubu transferlə bağlı danışıqlardan qəti şəkildə imtina edib.
Qeyd edək ki, Kante 2016-cı ildə “Lester”dən “Çelsi”yə keçib.
0
0