Kapitan “Sumqayıt”la oyunu şərh etdi
15.01.2022 - 23:09
Kapitan “Sumqayıt”la oyunu şərh etdi

“Son məşqlərin yorğunluğu hiss olunurdu. Ola bilsin ki, hücumlardakı lənglik bununla bağlı idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Yagelloniya”nın kapitanı Taras Romançuk deyib.

Təcrübəli futbolçu Polşa klubunun Antalya toplanışı çərçivəsində “Sumqayıt”a qarşı keçirdiyi matçı dəyərləndirib: “Sumqayıt”la oyuna biz nəzarət edirdik. Amma qol vura bilmədik. Bizə müəyyən tapşırıqlar verilmişdi və onların öhdəsindən gəldik. Əsas vəzifəmiz topu meydanın rəqibə aid hissəsində saxlamaq idi. Biz son günlərdə çox çətinlik çəkirik. Gündə iki dəfə məşq bizi çox yorub. Növbəti oyunda daha yaxşı olmalıdır və qalib də gələ bilərik”.

Qeyd edək ki, Bələkdə baş tutan matç qolsuz başa çatıb.