Kapitana müqavilə təklifi
25.02.2022 - 23:32
Kapitana müqavilə təklifi

“Çelsi”nin kapitanı Sezar Azpilikueta hələ də gələcəyi ilə bağlı yekun qərarını verməyib.

Apasport.az saytı xəbər verir ki, “Barselona”nın istədiyi 33 yaşlı müdafiəçini “zadəganlar” da komandada saxlamaqda maraqlıdır.

Bu səbəbdən London təmsilçisi İspaniya millisinin üzvünə yeni müqavilə təklif edib. Sağ cinah oyunçusu razılıq versə, mövsümün sonuna qədər olan sözləşməsi daha 1 illik uzadılacaq. Lakin Azpilikueta daha uzunmüddətli müqavilə istədiyi üçün başqa kluba keçməyi planlaşdırır. 

Onun yayda azad agent kimi “Barselona”ya keçidi gözlənilir.