Karlo Ançelotti “Çelsi” ilə oyuna gedə biləcək
06.04.2022 - 11:25
Karlo Ançelotti “Çelsi” ilə oyuna gedə biləcək

“Real”ın baş məşqçisi Karlo Ançelotti koronavirusdan sağalıb.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, italiyalı mütəxəssisin son testi neqativ çıxıb və o, artıq kollektivə qoşulub. Bu da o deməkdir ki, Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsində “Çelsi” ilə səfər oyununda texniki zonadakı yerini ala biləcək.

Qeyd edək ki, bu gün keçiriləcək “Çelsi” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.