Karyerası ilə bağlı anasından Mbappeyə məsləhət
22.02.2022 - 20:44
Karyerası ilə bağlı anasından Mbappeyə məsləhət

PSJ-nin hücumçusu Kilian Mbappenin gələcək taleyi qeyri-müəyyən qalır.

Apasport.az saytı xəbər verir ki, 24 yaşlı forvarda klubunun təklif etdiyi müqavilə anası Fayzu Lamarinin ürəyincədir.

O, Kiliana kluba və Fransa futboluna minnətdarlıq əlaməti olaraq parislilərlə sözləşməni uzatmağı tövsiyə edib. Lamarinin PSJ-nin idman direktoru Leonardo və prezidenti Nasser al-Xelaifi ilə yaxşı münasibəti var. Buna baxmayaraq, Mbappenin prioriteti “Real” olaraq qalır. PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kilian Mbappenin yayda “Real”a azad agent kimi keçməsi gözlənilir.

Qeyd edək ki, Mbappe cari mövsüm bütün turnirlərdə 33 oyunda 22 qol vurub, 16 məhsuldar ötürmə verib.