İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano növbəti dəfə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, 39 yaşlı keçmiş futbolçu bu dəfə portuqaliyalı Kriştiano Ronaldoya söz atıb.
2017-ci ildə karyerasını başa vuran Kassano “Mançester Yunayted”in forvardını bütün dövrlərin ən yaxşıları sırasında görmədiyini söyləyib: “Kriştiano futbol tarixinin ən yaxşısıdır? Heç ilk “5-liy”ə də düşə bilməz. Lionel Messi, Dieqo Maradona, Pele, Yohan Kroyff və Ronaldo Nazario başqa səviyyədirlər”.
Qeyd edək ki, Kassano karyerası ərzində “Roma”, “Real”, “Milan” və “İnter” kimi nəhəng klubların formasını geyinib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər