“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer hücumçu Edinson Kavaninin nə zaman meydana çıxa biləcəyini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, çalışdırıcı Uruqvay millisinin üzvünün artıq bərpa prosesində olduğunu bildirib.
Sulşerin sözlərinə görə, Kavani gələn həftə komandaya kömək edə bilər: “Edinson bu həftəsonu və ya gələn həftənin bazar ertəsi günü komanda ilə məşqlərə başlayacaq. Ola bilsin ki, növbəti həftə meydana çıxsın. Əvvəlki formasında oynaması üçün yüz faiz hazır olmalıdır”.
Qeyd edək ki, Edinson Kavani “Stok Siti” ilə keçirilən yoxlama görüşündə zədələnmişdi.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi