Keynin “Tottenhem”də qalma şərtləri
22.02.2022 - 23:31
Keynin “Tottenhem”də qalma şərtləri

“Tottenhem”in hücumçusu Harri Keyn gələcəyi ilə bağlı qərar verməyə tələsmir.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin üzvü maya qədər hər hansı klubla danışıq aparmaq fikrində deyil.

Keyn bu müddətdə həmçinin londonlularla yeni müqavilə məsələsini də müzakirə etmək istəmir. Lakin rəhbərlik onun 2024-cü ilin yayına qədər olan sözləşməsini tezliklə yeniləmək niyyətindədir. Baş məşqçi Antonio Konte forvardı layihənin əsas ulduzu hesab edir.

29 yaşlı oyunçunun qərarı “Tottenhem”ın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından və yeni transferlərindən asılı olacaq. Əgər o, yeni sazişə razılıq verməsə, mövsümün sonunda satıla bilər.

Qeyd edək ki, Harri Keyn bu mövsüm Premyer Liqada keçirdiyi 22 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə verib.