“Neftçi”nin sabiq oyunçusu Keysuke Honda karyerasını bitirmək istəmir.
Apasport.az saytının məlumatına görə, Litva klubu “Suduva”dan ayrılaraq azad agent statusu alan yaponiyalı ulduz futbolçu özünə yeni komanda axtardığını açıqlayıb.
Hazırda eyni zamanda Kamboca millisinin məşqçiliyini edən 36 yaşlı yarımmüdafiəçi yeni təklifləri dəyərləndirməyə hazır olduğunu söyləyib: “Hələ futbolçu karyeramı bitirməmişəm. Hər gün məşq edirəm, özümü hazır vəziyyətdə saxlayıram. Hansı klubla nə vaxt müqavilə bağlayacağımı bilmirəm. İstənilən vaxt təqaüdə çıxa bilərəm. Ancaq oynamağa davam etmək istəyirəm”.
Qeyd edək ki, ötən mövsümün sonlarını “Neftçi”də keçirən Keysuke Honda Azərbaycan Premyer Liqasının qalibi olub. Bakı klubu ötən ilin yayında yeni müqavilə təklif etsə də, Honda ayrılmaq qərarına gəlib.