Kloppun istədiyi yarımmüdafiəçi
01.12.2021 - 00:38
İngiltərənin “Liverpul” klubu heyətinə yeni yarımmüdafiəçi qatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Yurgen Klopp “Lids”in futbolçusu Kelvin Fillipsi komandasında görmək istəyir.
25 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2024-cü ilin yayına başa çatacaq. Bu üzdən liverpullular onun transferi üçün xərcə düşməli olacaq.
Qeyd edək ki, Fillipsin transfer qiyməti 40 milyon avrodur.
0
0