Klub tarixində yeni rekord – “Liverpul”
23.11.2020 - 10:29
İngiltərənin “Liverpul” klubu tarixinin rekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, Yurgen Kloppun yetirmələri “Lester” üzərində 3:0 hesablı qələbə ilə evdəki məğlubiyyətsizlik seriyasını 64-ə çatdırıb.
Bu, klub tarixinin yeni rekordudur. Bunadək “Liverpul”un ən yaxşı göstəricisi 63 oyuna bərabər idi. Bu, 1978-80-cı illərdə qeydə alınıb.
Qeyd edək ki, İngiltərə çempionatlarının rekordu isə “Çelsi”yə məxsusdur. Londonlular 2004-08-ci illərdə 86 ev matçında uduzmayıb.
0
0