“Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi buna Premyer Liqanın XVII turunun “Zirə” ilə oyununda nail olub.
Qurban Qurbanovun yetirmələri rəqibin qapısından 6 cavabsız top keçiriblər. Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə qələbə qazandığı ən böyükhesablı nəticələrin təkrarıdır. Ağdamlılar bunadək iki dəfə də belə fərqlə meydan sahiblərini məğlub ediblər. Hər iki oyun ötən mövsümə təsadüf edib. 2018-ci il dekabrın 9-da indiki kimi “Zirə”, 2019-cu il aprelin 1-də isə “Sumqayıt” öz meydanında “Qarabağ”ın 6 qoluna üzülüb.
Qeyd edək ki, öz rekordunu təkrarlayan son çempion həm də mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Bunadək cari çempionatın rekordu 4:0 hesabı olub. III turda “Qarabağ” “Səbail”i, “Keşlə” “Qəbələ”ni yenib. Hər iki matçda qonaqlar qalib gəliblər.