Gələn mövsümdən İtaliya A seriyasında komandaların sayı artırıla bilər.
Apasport.az saytının məlumatına görə, elita klubları federasiyaya bununla bağlı müraciət ediblər.
Onlar heç kimin yüksək liqanı tərk etməməsini, B seriyasından da 2 komandanın qəbul olunmasını, bununla növbəti mövsümün 22 klubdan ibarət keçirilməsini təklif ediblər. Təklifdə bildirilir ki, növbəti iki il ərzində hər mövsüm 4 komanda elitanı tərk etsin, 3-ü B seriyasından gəlsin və beləcə yenidən 20 komandalı sistem bərpa olunsun.
Qeyd edək ki, digər liqalar kimi, A seriyası da koronavirus pandemiyasının yayılması səbəbindən dayandırılıb.