Komanda yoldaşını vurdu - Premyer Liqa klubunda
11.03.2020 - 14:08
“Aston Villa”nın düşərgəsində xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Daniel Drinkuoter növbəti dəfə intizamsız davranışa yol verib.
Qış fasiləsində “Çelsi”dən icarəyə götürülən 30 yaşlı orta sahə oyunçusu məşq zamanı ispaniyalı Hota ilə əlbəyaxa olub və onun başına vurub. Bu hərəkətinə görə, Drinkuoterin cərimələnəcəyi dəqiqdir. Klub rəhbərliyi hətta onunla müqaviləyə xitam verib, məxsus olduğu “Çelsi”yə vaxtından tez qaytarılmasını da nəzərdən keçirir.
Qeyd edək ki, Daniel Drinkuoter mövsümün ilk yarısını icarə əsasında “Bernli”də keçirib.
0
0