Komanda yoldaşlarının butslarını oğurladı
01.04.2022 - 09:18
Fransanın “Bordo” klubunda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, əsas komandanın məşqlərinə cəlb edilən gənc futbolçulardan biri soyunub-geyinmə otağından butslar oğurlayıb.
O, sonradan bu idman ayaqqabılarını internetlə satıb. Adı açıqlanmayan oyunçunun əməllərinin üstünü sabiq sevgilisi açıb.
“Bordo”nun aparıcı futbolçuları gəncin komandadan qovulmasını tələb edib. Klub rəhbərliyi bir matçlıq diskvalifikasiya və pul cəriməsi ilə kifayətlənib.
0
0