Komandasını pulsuz dəyişən ən dəyərli futbolçular – “10-luq”
25.07.2021 - 00:44
Komandasını pulsuz dəyişən ən dəyərli futbolçular – “10-luq”

1995-ci ilə qədər futbolçular müqavilələri bitsə də, bitməsə də klublarına məxsus idilər.

Apasport.az saytının məlumatına görə, həmin il Jan-Mark Bosman adlı futbolçu klubunda şans qazanmasa da, müqaviləsi bitməsinə baxmayaraq, yüksək transfer məbləği tələbi səbəbindən başqa komandaya keçə bilməyib.

Həmin vaxt oyunçu haqqını tələb etmək üçün məhkəməyə müraciət edib. Məhz ondan sonra Bosman qanunu yaranıb, futbolçular sözləşmələri bitdikdən sonra azad agent statusu alıblar.

İndiyə qədər yüzlərlə futbolçu bir klubdan digərinə havayı keçib. Onların içində transfer dəyəri yüksək olan ulduzlar da olub. Bu yazıda məhz transfer dəyəri yüksək olduğu vaxt klubunu havayı tərk edən oyunçuları sıralayacağıq.

1. Canluici Donnarumma (2021)
Transfer olunduğu zaman dəyəri: 60 milyon avro
Transfer olunduğu klublar: “Milan”dan PSJ-yə

2. David Alaba (2021)
Transfer olunduğu zaman dəyəri: 55 milyon avro
Transfer olunduğu klublar: “Bavariya”dan “Real”a

3. Robert Levandovski (2014)
Transfer olunduğu zaman dəyəri: 50 milyon avro
Transfer olunduğu klublar: “Borussiya” Dortmunddan “Bavariya”ya

4. Memfis Depay (2021)
Transfer olunduğu zaman dəyəri: 45 milyon avro
Transfer olunduğu klublar: “Lion”dan “Barselona”ya

5. Stefan de Vriy (2018)
Transfer olunduğu zaman dəyəri: 40 milyon avro
Transfer olunduğu klublar: “Latsio”dan “İnter”ə

6. Leon Qoretzka (2018)
Transfer olunduğu zaman dəyəri: 40 milyon avro
Transfer olunduğu klublar: “Şalke”dən “Bavariya”ya

7. Aaron Remsi (2019)
Transfer olunduğu zaman dəyəri: 40 milyon avro
Transfer olunduğu klublar: “Arsenal”dan “Yuventus”a

8. Hakan Çalhanoğlu (2021)
Transfer olunduğu zaman dəyəri: 35 milyon avro
Transfer olunduğu klublar: “Milan”dan “İnter”ə

9. Mixael Ballak (2006)
Transfer olunduğu zaman dəyəri: 35 milyon avro
Transfer olunduğu klublar: “Bavariya”dan “Çelsi”yə

10. Adrien Rabyo (2019)
Transfer olunduğu zaman dəyəri: 35 milyon avro
Transfer olunduğu klublar: PSJ-dən “Yuventus”a
 

0