Konfrans Liqasının finalı - Albaniyada
03.12.2020 - 20:29

2021-ci ilin yayından keçirilməyə başlayacaq qitənin 3-cü dərəcəli klub turnirinin – Konfrans Liqasının ilk finalının yeri dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.
Bugünkü iclasda qərara alınıb ki, 2022-ci ildəki final Albaniyada təşkil olunsun. Həlledici matç Tiranadakı Milli stadionda keçiriləcək.
Qeyd edək ki, turnirdə Azərbaycanın üç klubu II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
0
0