"Səbail" bir müddətdir baxışda olan Lema Mabidi Çikito ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Aftandil Hacıyev 27 yaşlı yarımmüdafiəçinin hazırlığından məmnun qalıb.
Bu səbəbdən azad agent statusu daşıyan Konqo Demokratik Respublikası yığmasının formasını geyinən futbolçu ilə münasibətlər rəsmiləşdirilib. Son klubu Mərakeş təmsilçisi "Raca Kasablanka" olan Çikito Bakı klubu ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.
Qeyd edək ki, "Səbail" ona qədər qış fasiləsində Murad Qayalı, Şahin Zəkiyev, Rauf Əliyev, Hendrik Ekşteyn və Peyman Keşavarzı heyətinə qatıb.