Koronavirus səbəbindən təxirə salınan oyunun vaxtı açıqlandı
06.11.2020 - 16:24

Azərbaycan Premyer Liqasının təxirə salınan “Sabah” – “Zirə” matçının vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, IX turun bu gün keçirilməli olan oyunu noyabrın 8-də baş tutacaq.
“Sabah”ın futbolçularında koronavirus aşkarlandığı üçün təxirə salınan matç saat 17:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası
8 noyabr (bazar)
17:00. “Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 17:00
0
0