Koronavirus xəstəliyindən əziyyət çəkən “Yuventus”un müdafiəçisi Daniele Ruqani xəstəxanaların birində karantin vəziyyətindədir.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu evdən uzaq olsa da, onun ən böyük dəstəkçisi sevgilisi Mikaela Persikodur.
Cütlük hər gün zəngləşir, saatlarla söhbət edir. Persiko sevgilisinə gündəlik həyatda gördüyü işləri əks etdirən şəkillərini göndərir. Persiko Ruqanisiz vaxtını kitab oxumaq, yemək bişirmək və ingilis dilini öyrənməyə sərf etdiyini şəkillərlə bildirir.
Qeyd edək ki, Daniele Ruqani İtaliyada koronavirusa yoluxan ilk futbolçulardandır və hazırda müalicə alır.