Koronavirusa ilk yoluxma – Super Liqa startı öncəsi
13.08.2021 - 13:53
Türkiyə Super Liqasında 2021/22 mövsümünün startına bir gün qalmış koronavirusa ilk yoluxma halı aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, “Qaziantep” klubu son testin nəticələrini açıqlayıb.
Qazianteplilər iki futbolçunun testinin pozitiv çıxdığını bəyan edib. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıb və müayinəsinə start verilib.
Qeyd edək ki, Super Liqada mövsümün açılış matçı avqustun 14-də “Qaziantep”lə “Fatih Karagümrük” arasında ikincilərin meydanında olacaq.
0
0