Türkiyə Futbol Federasiyasının və Klublar Birliyinin bugünkü iclasında koronavirus pandemiyası ilə bağlı yeni qərar qəbul olunub.
Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümündə Super Liqada artıq texniki məğlubiyyət keçərli olacaq.
Qərara əsasən, hər hansı bir klubda koronavirusa yoluxma səbəbindən əsas komanda üçün sifariş olunan sağlam futbolçu sayı 14-dən az olarsa, qarşılaşma təxirə salınmayacaq. Belə olan halda həmin kluba texniki məğlubiyyət veriləcək. Bu qərarın yaxın günlərdə TFF-nin İdarə Heyətinin iclasında təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, bu qanun mövsümün əvvəlindən Türkiyə kubokunda keçərlidir.