Koronavirusa yoluxan futbolçusunun adını açıqladı – “Real”
02.11.2020 - 14:48
Koronavirusa yoluxan futbolçusunun adını açıqladı – “Real”

İspaniyanın “Real” klubunun koronavirusa yoluxan futbolçusunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi müdafiəçi Eder Militaonun infeksiyaya yoluxduğunu açıqlayıb.

Digər futbolçular və klubun personalının testləri isə mənfi nəticə verib. Militao dərhal əsas komandadan təcrid olunub.

Qeyd edək ki, “Real” sabah Çempionlar Liqasında “İnter”lə qarşılaşacaq.