Koronavirusa yoluxan millimizin üzvlərinin adları açıqlandı
17.01.2022 - 20:39
Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri dünən yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti iki oyunçunun yoluxduğunu açıqlayıb.
Komandanın üzvü Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb. Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınacaq. Bu üzdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.
Qeyd edək ki, yığmamız 3:5 hesabı ilə uduzub.
0
0