Koronavirusa yoluxdu – “Sivasspor”un baş məşqçisi
02.12.2020 - 13:53
Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Türkiyənin “Sivasspor” klubunda koronavirusa yoluxanların sayı durmadan artır.
Apasport.az saytının məlumatına görə, indi də Super Liqa təmsilçisinin baş məşqçisi Rıza Çalımbay virusa yoluxub.
Bunu təcrübəli mütəxəssis özü bəyan edib. O bildirib ki, verdiyi testin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən Çalımbay Avropa Liqasının V turunda “Vilyarreal”la (İspaniya) sabah keçiriləcək matçda iş başında olmayacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında “Sivasspor”da 4 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0