Koronavirusa yoluxdu - Jiru
02.09.2021 - 17:36
Koronavirusa yoluxdu - Jiru

Fransa millisinin və İtaliyanın “Milan” klubunun futbolçusu Olivye Jiru koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Hücumçu Fransa yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki növbəti iki matçını buraxacaq. Olivye millisində ilk itki deyil.

“Bavariya”nın futbolçusu Korenten Tolisso da yığmadan kənar qalıb. O, zədə üzündən komandaya qoşulmayıb.