İcarə əsasında “Aston Villa”da çıxış edən Filipp Koutinyo İngiltərənin başqa klubuna keçə bilər.
Apasport.az saytının məlumatına görə, müqavilə ilə “Barselona”ya məxsus olan 29 yaşlı yarımmüdafiəçi “Nyukasl”ın maraq dairəsindədir.
Braziliya millisinin üzvü hətta az maaşa “Aston Villa”da qalmağa da razıdır. Lakin bu, Birminhem klubunun transfer müqabilində “Barselona”ya təklif edəcəyi məbləğdən asılı olacaq. “Nyukasl” isə daha yüksək məbləğ ödəməyə hazırdır.
Qeyd edək ki, Koutinyo bu mövsüm “Aston Villa”nın heyətində 10 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.