Koutinyo ilə bağlı qərar verildi
09.03.2022 - 23:34
Koutinyo ilə bağlı qərar verildi

“Aston Villa” yarımmüdafiəçi Filipp Koutinyo ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Barselona”dan icarəyə götürülən 29 yaşlı futbolçunu birdəfəlk transfer etmək fikrinə düşüb.

Ancaq ingilislər yenə də mayı gözləməyi üstün tuturlar. Braziliya millisinin üzvü bu performansını davam etdirsə, “Aston Villa” fikrini dəyişməyəcək və transferi həyata keçirəcək. Bu isə Birminhem klubuna 40 milyon avroya başa gələcək.

Qeyd edək ki, “Aston Villa”nın yanvarda icarəyə götürdüyü Filipp Koutinyo 7 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.