Kristensenin müqavilə müddəti müəyyənləşdi
03.04.2022 - 00:37
“Çelsi”nin müdafiəçisi Andreas Kristensenin mövsümün sonunda “Barselona”ya keçəcəyi təsdiqlənib.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçunun yeni komandası ilə müqaviləsinin detalları da müəyyənləşib.
Danimarka millisinin üzvü Kataloniya klubu ilə 5 illik sözləşmə imzalayacaq. Bu isə o deməkdir ki, yayda “Barsa”ya qoşulacaq Kristensen 2027-ci ilin yayına qədər İspaniya klubuna məxsus olacaq.
Onun “Çelsi” ilə anlaşması yaya qədər olduğundan, transfer havayı başa gələcək.
0
0