Kriştiano Ronaldo Bakıya gəlməyəcək - SƏBƏB
02.09.2021 - 01:07
Kriştiano Ronaldo Bakıya gəlməyəcək - SƏBƏB

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo cəzalı duruma düşüb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya ilə matçında (2:1) alınan sarı vərəqə hücumçunun ikinci xəbərdarlığı olub.

Bu üzdən Ronaldo növbəti seçmə oyunu buraxacaq. Kriştiano sentyabrın 7-də Azərbaycanla Bakıdakı görüşə məcburi istirahət edəcək.