“Fənərbaxça”, “Beşiktaş” və “Bursaspor”un sabiq baş məşqçisi Kristof Daum həmyerlisi Stefan Kuntzun Türkiyə millisinin sükanı arxasına keçməsinə münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Kuntzun bu addımını intihar adlandırıb.
Onun sözlərinə görə, 59 yaşlı çalışdırıcı klub seçiminə üstünlük verməli idi: “Təyinatından əvvəl Kuntzla söhbətim oldu. Türkiyə millisini seçməklə intihar etdiyini ona dedim. Ona bildirdim ki, Almaniyanın U-21 yığmasından sonra hər hansı bir klubdan gələn təklifi qəbul etməsi daha yaxşı olar”.
Qeyd edək ki, Türkiyə millisi Stefan Kuntzun rəhbərliyi altında ilk oyununda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Norveçlə (1:1) heç-heçə edib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər