“Barselona”nın baş məşqçisi postuna namizədlər bəlli olub.
Apasport.az saytının məlumatına görə, Ronald Kumanı istefaya göndərəcəyi gözlənilən İspaniya nəhənginin geniş namizədlər siyahısı var.
Klubun prezidenti Joan Laporta bu vəzifəyə Andrea Pirlonu gətirmək istəyir. “Yuventus”dakı uğursuzluqdan sonra işsiz olan mütəxəssis “Barselona”nın baş məşqçisi olmağa əsas namizəddir.
Lakin italiyalı namizədlər siyahısında tək deyil. Klub rəhbərliyi Antonio Konte, Filipp Koku və Xavi variantlarını da nəzərdən keçirir.
Qeyd edək ki, Kuman 2020-ci ildən İspaniya klubunu çalışdırır. Niderlandlı komandası ilə ölkə kubokunu və La Liqanın bürünc mükafatını qazanıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər