“İki müxtəlif hissə izlədik. Birinci yarıdan sonra hesabı qorumağa çalışdıq. Lakin rəqib öz oyununu göstərərək qələbə qazandı”.
Apasport.az saytının məlumatına görə, bunu “Kayrat”ın baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşdə Qazaxıstan təmsilçisi hesabı açmasına baxmayaraq, meydanı məğlub tərk edib – 1:2.
Oyunsonrası mətbuat konfransında Berdıyev fikrini bu sözlərlə davam etdirib: “Atmosfer kifayət qədər yaxşı idi. Bizim qrupumuz çox çətindir. Birinci hissədən sonra daha çox səhv etdik. Rəqib qələbəyə layiq idi. Biz isə hesabı qorumağa çalışırdıq. “Qarabağ”ın daha yaxşı oynadığını deyə bilərəm”.
69 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarından da danışıb: “Bugünkü oyundan sonra şanslarımız daha azdır. Amma şanslar qaldığı müddətdə mübarizəni davam etdirəcəyik”.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir