Kütləvi yoluxma – Türkiyə klubunda
10.12.2020 - 23:35
Kütləvi yoluxma – Türkiyə klubunda

Türkiyənin “Gənclərbirliyi” klubunda koronavirusa kütləvi yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 10 nəfərin virusa yoluxduğunu açıqlayıb.

6 futbolçu, 2 məşqçi və 2 klub işçisindən götürülən testin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən onlar karantinə alınıb. Adları açıqlanmayan şəxslər Super Liqanın növbəti turunu buraxmalı olacaqlar.

Qeyd edək ki, “Gənclərbirliyi” Super Liqanın XII turu çərçivəsində dekabrın 13-də “Ərzurum BB”nin qonağı olacaq.