"Qarabağ"ın futbolçusu Kvabena Ovusu Premyer Liqanın XVI turunda "Neftçi" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra brifinq keçirib.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı qanalı hücumçu öncə oyun haqqında fikirlərini bölüşüb:
- Bizim üçün asan olmadı, çünki bu derbi idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi və aqressiv idi. Düşünürəm ki, pis oyun alınmadı.
- Bu, Azərbaycanda ilk matçınız idi. Buraya gələnə kimi fikirləşdiklərinizlə gördükləriniz üst-üstə düşdümü?
- Futbol hər yerdə futboldur. Matça köklənməlisən və öz oyununu sərgiləməlisən.
- İspaniya III liqasından Azərbaycana gəldiniz. Oyun baxımından özünüzü narahat hiss edirsiniz?
- Ola bilər ki, əvvəl çıxış etdiyim çempionata daha çox azarkeş gəlsin. Amma bura futbol baxımından geri qalmır.
- "Qarabağ"a keçdiyiniz vaxt bəzi problemlər yarandı. Hətta klubdan icazəsiz gəldiyiniz deyilirdi. Həmin vaxt nə baş vermişdi? "Kordoba"nın baş məşqçisi demişdi ki, bizdən icazəsiz gedib.
- Bu barədə danışmağın vaxtı deyil. Elə bir şey yoxdur.
- Klub rəhbərliyi onlara hörmətsizlik etdiyinizi düşünürdü.
- Yenə deyirəm ki, bu məsələ ilə bağlı heç nə danışmaq istəmirəm.
- "Qarabağ"a keçməkdə məqsədiniz və hədəfiniz nədir? Daha çox pul qazanmaq, yoxsa avrokuboklarda çıxış etmək?
- Futbola başlayanda həmişə arzum olub. Hansısa kluba getmək üçün imkan varsa və bu xeyrinə olacaqsa, gərək bu addımı atasan. Burada Çempionlar Liqasında oynamaq imkanı qazanırsan.
- Azərbaycan Premyer Liqasında çıxış edərək Qana millisinə çağırıla bilərsinizmi?
- Əgər işimi yaxşı görəcəyəmsə və daha da artıracağamsa yığma komandaya çağırılacağam.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı