Kyeza “Yuventus”a keçdi
03.05.2022 - 13:01
Kyeza “Yuventus”a keçdi

“Yuventus” Federiko Kyezanı transfer edib.

Apasport.az saytının məlumatına görə, Turin klubu “Fiorentina”dan icarəyə götürdüyü hücumçunun müqaviləsindəki bənddən yararlanaraq onun transfer hüququna yiyələnib.

“Ağ-qaralar” Florensiya klubuna 40 milyon avro ödəyəcək. Bu rəqəm bonuslar hesabına daha 10 milyon arta bilər. “Yuventus” icarə üçün də 10 milyon xərcə düşmüşdü.

Qeyd edək ki, Kyeza cari mövsüm “Yuventus”dakı 18 oyununda 4 qol və 4 assistə imza atıb.