İspaniya La Liqa klublarının futbolçuları arasında turnir təşkil ediləcək.
Apasport.az saytının məlumatına görə, hər komandanın 1 oyunçusu “Play Station”da FİFA-20 yarışında mübarizə aparacaq.
İnternet vasitəsilə keçiriləcək virtual turnirin püşkatması sabah olacaq. İştirakçıların adları da artıq bəllidir. “Barselona”dan Serxi Roberto, “Real”dan Marko Asensio, “Atletiko”dan isə Markos Lyorente mübarizə aparacaq. Yarışda “Valensiya”nı Karlos Soler, “Selta”nı Kevin Vaskes təmsil edəcək. Oyunlar həftəsonları keçiriləcək.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən La Liqanın oyunları təxirə salınıb, futbolçular ev şəraitində karantindədirlər.