La Liqa klubunda istefa
22.11.2021 - 12:07
İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Elçe” çalışdırıcısı Fran Eskriba ilə yollarını ayırıb.
56 yaşlı mütəxəssisin istefasına uğursuz nəticələr səbəb olub. “Betis”ə 0:3 hesablı məğlubiyyətdən sonra komandanın qələbə həsrəti 6 matça çatdırıb. 14 turdan sonra 18-ci yerdə qərarlaşan “Elçe” təhlükəli zonadan uzaqlaşa bilmir.
Qeyd edək ki, bu ilin fevralında komandanın “sükanı arxası”na keçən Eskriba 2012-15-ci illərdə də “Elçe”də çalışıb.
0
0