La Liqa nəhənglərinin transfer siyahısında yeni oyunçu
22.02.2022 - 22:51
La Liqa nəhənglərinin transfer siyahısında yeni oyunçu

Dortmund “Borussiya”sının futbolçusu Rafael Gerreyru karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi La Liqanın iki ən titullu klubu – “Real”la “Barselona”nın transfer siyahısına düşüb.

İspaniya nəhəngləri Rafaeli bu yay heyətinə qatmaq niyyətindədir. 28 yaşlı futbolçunun almaniyalılarla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 35 milyon avro ilə dəyərləndirilib.

Qeyd edək ki, müdafiəçi cari mövsüm 20 oyunda 5 qol və 3 assistə imza atıb.